image-qanunla-reklam
image-1607950159_06

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır

image-lady-day-az

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. İşğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki. Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını hərbi yolla torpaqlarını azad etməyə  sövq etdi və möhtəşəm qələbə qazanıldı. 44 günlük müharibədə  düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur oğullarımız ölümün gözünə dik baxdılar, yaralandılar, zərbələndilər, amma qorxmadılar.  Azərbaycan haqq işi yolundakı qələbəini dekabrın 10-da Zəfər paradı ilə qeyd etdi.  Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti də iştirak edib.  İki böyük dövlətin rəhbərlərinin möhtəşəm qələbənin qeyd olunması mərasimində bir araya gəlməsi düşmən dövlətləri qıcıqlandırsa da reallıq budur ki, ədalət bərpa olundu.  İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin gün  ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi qardaşlığımızın əbədiliyinin təzahürüdür.

Vətən müharibəsinin ilk anından  etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss edirdi. Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

10dekabr Azırbaycan tarixinin Zəfər gününün təntənə ilə qeyd edilməsini təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlədilər. Hamı gördü ki, iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanın hərbi bazası da möhtəşəmdir, şəxsi heyəti də cəsurdur. Xalqımız   uzun illər idi bu Qələbənin  həsrətində idi və dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə  bu Qələbəmiz tariximizin şanlı səhifəsinə həkk olundu.

Qələbən mübarək, Azərbaycan. Qarabağ Azərbaycandır!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki