image-qanunla-reklam
image-1607950159_06

İki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi

image-lady-day-az

İki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi

Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından irəli gəlir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan tarixinin şanlı səhifəsi olan Zəfər savaşının qürurlu ildönümlərini yaşayırıq. Otuz il ərzində işğal tarixlərini sıxıntı , qəm və qüssə ilə qeyd edən xalqımız indi həmin yurdların azad olunma günlərinin sevincini yaşayır. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bir daha qələbə qazandı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan – “Bir millət, iki dövlət” birliyini nümayiş etdirdi. Paradda bir millət, iki dövlət olaraq Türkiyə-Azərbaycan birliyi də nümayiş olundu. O  gün, sözün əsl mənasında, tarixi bir gün olaraq Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü kimi tarixləşdi.  Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz.

Zərdab şəhər sakini fəal gənc Leyla Rüstəmova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki