image-qanunla-reklam
image-icerisheher

İçərişəhərə bu istiqamətlərdən giriş bağlandı

image-lady-day-az

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq Qoşa Qala, Əziz Əliyev küçəsi və Neftçilər prospekti istiqamətindən İçərişəhər ərazisinə piyadaların giriş-çıxışına məhdudiyyət tətbiq olunub.

Qanunla.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Digər bütün girişlərdən (müvəqqəti quraşdırılmış yerüstü keçidlərdən də istifadə edərək) İçərişəhər ərazisinə giriş-çıxışın sərbəst olduğu bildirilib:

“Məlumat üçün bildiririk ki, Qoşa Qala istiqamətindən giriş məhdudiyyətini nəzərə alaraq, İçərişəhər ərazisində iki müxtəlif yerdə (İçərişəhər metro stansiyasının arxası və Sabir bağı istiqamətindən giriş) səyyar turizm informasiya köşkləri quraşdırılmışdır. Muzey və turlarla bağlı məlumatları səyyar köşklərdən əldə edə bilərsiniz”.

Qeyd edək ki, piyadalar üçün giriş məhdudiyyəti 2 may saat 08:00-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki