image-qanunla-reklam
image-1675241631_hekim-768x403

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi təxirə salınır

image-lady-day-az

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi müddəti 2024-cü il yanvarın 1-dək təxirə salınır.

“Qanunla.az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib.

Belə ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Qüvvədə olan qanunvericiliyə əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki