image-qanunla-reklam
image-5a11b23d5b018_seker133

Hindistan şəkər ixracına məhdudiyyəti daha bir il artırdı

image-lady-day-az

Hindistan ölkədə istehsal olunan şəkərin ixracına məhdudiyyət müddətini 2023-cü ilin oktyabrınadək uzadıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Hindistan hökumətinin bugünkü qərarında deyilir.

Qeyd edək ki, Hindistan şəkər ixracına məhdudiyyəti iyunun 1-də altı aylıq müddətə tətbiq etmişdi. Məhdudiyyət çərçivəsində 10 milyon ton şəkər ixracına icazə verilib.

Hindistan dünyanın ən iri şəkər istehsalçısı və ixracatçısı hesab olunur. 2021-2022-ci təsərrüfat ilində ölkədə 50 milyon tondan çox şəkər qamışı, 35,7 milyon ton şəkər çuğunduru istehsal olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki