image-qanunla-reklam
image-ulu-c3b6ndc999r-haydar-aliyev

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir

Hər bir xalqın, hər bir millətin daim arzusunda olduğu, çatmaq istədiyi, uğrunda əsrlərlə mübarizə apardığı bir amal var – azadlıq, müstəqillik. Azadlığı, müstəqilliyi əldə etmək üçün tarix yazmaq, tarix yazmaq üçün dahi şəxsiyyətlər yetişdirmək lazımdır. Bu mənada biz xoşbəxt xalqıq desək yanılmarıq. Çünki, bir əsrdə iki dəfə müstəqilləşməyi bacaran xalqımız dünya miqyasında qiptə olunan dahi şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyev sayəsində sözün əsil mənasında tarix yazmağı bacardı. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Xilaskarlıq missiyasını uğurla yerinə yetirən böyük şəxsiyyət ilk addımlarını dövlət quruculuğu sahəsində atmağa başladı. Çünki, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmlətmək ondan da çətindir.Müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratdı. Bütün bunlarla yanaşı gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırladı. Çünki, böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı. “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” ifadəsi dövlətimizin bu günkü tərəqqisini və inkişafını əvvəlcədən görən böyük şəxsiyyətin uzaqgörən düşncələrinin məhsuludur.

Bu gün hər birimiz üçün sevinc və qürur mənbəyidir ki, dövlətimizin idarəsi, ordumuzun komandanlığı Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ixtiyarındadır. Dövlətimizin gündən- günə artan beynəlxalq nüfuzunun, möhkəmlənən iqtisadi gücünün, bütün dünyanın həsəd apardığı hərbi qüdrətinin mənbəyində Ulu Öndərimizin mükəmməl siyasəti dayanır. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin böyük Zəfəri ilə yekunlaşdı. Bu Zəfər sayəsində 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz öz şərəfli missiyasını layiqincə yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyün təmin etdi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki