image-qanunla-reklam
image-1666762056_fe1361d8-359c-449b-9b7b-7be897299e34_850

“Heç bir ölkə Rusiyaya kömək etməməlidir” – NATO

image-lady-day-az

NATO-nun baş katibi Stoltenberq Adriatikdə ABŞ-ın Corc HW Buş təyyarədaşıyan gəmisinə baş çəkib və orada mətbuata açıqlama verib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq çıxışında Ukraynadakı müharibəyə toxunaraq, müharibənin çox mühüm mərhələdə olduğunu bildirib.

O, Rusiyanın mülki əhaliyə, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar təşkil etdiyini bildirib.

“Rusiya hazırda Ukraynanın öz ərazisində çirkli radioloji bombalardan istifadə etməyə hazırlaşdığı barədə yalan iddialar irəli sürür. NATO müttəfiqləri açıq-aşkar yalan kimi görünən bu ittihamı rədd edirlər. Rusiya başqalarını günahlandırır. Suriyadan tutmuş Ukraynaya qədər bunun nümunəsini əvvəllər də görmüşük. Rusiya gərginliyi daha da artırmaq üçün saxta bəhanələrə əl atmamalıdır. Dünya onları diqqətlə izləyir”.

Yens Stoltenberq İranın da son günlər Rusiyaya hərbi yardımlar etdiyini gördüklərini vurğulayıb.

“Bu qəbuledilməzdir. Heç bir ölkə Rusiyaya kömək etməməlidir. Bəzi NATO ölkələri və Aİ İrana qarşı sanksiyaların tətbiqini alqışlayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki