image-qanunla-reklam
image-1666683197-hokm_b05f583380b9774ca987cf7749f4db86_s9h7ci0f5gbjry2lw6zn-620x450

Hamilə arvadını öldürüb, 7 yaşlı qızını ölümcül yaraladı – Abşeronda DƏHŞƏT

image-lady-day-az

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.

Qanunla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb. Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlığın vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki