image-qanunla-reklam
image-944ec5f14dd4-1

Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb

image-lady-day-az

Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb

İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək: “Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Azərbaycan Prezidenti görüşdə qeyd etdi ki, vaxt az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalı, düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər”.

Gələcək yarışların nəticələrinə baxmayaraq, əsas odur ki, bu günə qədər olduğu kimi bu gündən sonra da idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər. Dövlət başçısı görüşdə rəqib cığallıq, nalayiq hərəkət edəndə bizim idmançılarımızın öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bildiklərini xatırlatdı. Bu, Azərbaycan xalqının həm də mənəvi gücünü göstərir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmış, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutulmuş, arasında uşaq, qadın, yaşlı insanların olduğu 100-dən çox dinc insan bu namərd atəş nəticəsində həlak olmuşdu. Lakin Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdi. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.

 

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki