image-qanunla-reklam
image-284346284_488857109705062_2317654060945764020_n

Hadrutun azad edilməsi Azərbaycan ordusunun həyata keçirdiyi ən parlaq hərbi əməliyyatlardan biri olub

image-lady-day-az

Hadrutun Vətənə qovuşmasından iki il ötür

Bu gün Hadrut qəsəbəsinin – tarixi Ağoğlanın Ermənistan silahlı qüvvələri və erməni terrorçu-separatçı birləşmələrindən azad olunmasının ikinci ilini qeyd edirik. Xocavənd rayonunun inzibati ərazisinə daxil olan qəsəbə Qarabağın əsrarəngiz guşələrindən biridir. “Ağoğlan” toponiminə bütün Azərbaycan ərazisində və tarixi xəritələrdə rast gəlinir. Bu, bir daha onun tarixi Azərbaycan torpağı olduğunu sübut edir.

Hadrutun azad edilməsi Azərbaycan ordusunun həyata keçirdiyi ən parlaq hərbi əməliyyatlardan biri olub. Göz açmağa macal tapmayan düşmən tələsik və pərakəndə halda qaçmaq məcburiyyətində qalıb.

Yaşasın Azərbaycan Ordusu!

Millət vəkili Elnur Allahverdiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki