image-qanunla-reklam
image-311573184_677438583735923_9178142802165295466_n

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır

image-lady-day-az

Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik.

Gürcüstanla Azərbaycan əsrlər boyu regionda dostluq, qardaşlıq şəraitində yaşayıblar. Kökü tarixin dərinliklərinə gedən bu əlaqələr müasir dövrdə getdikcə daha da güclənir. Gürcüstanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. O cümlədən, yükdaşımaların təşkilinin artırılması sahəsində. Belə ki,  Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq planlaşdırılır. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Nəzərə almaq lazımdır ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir.

Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Tranzit ölkə olmaq üçün isə mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Buna görə də Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.

Nuray Kərimli  –Zərdab şəhər sakini,  fəal gənc 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki