image-qanunla-reklam
image-1666854001_ef59043b-082f-4077-b823-bc91f97812e0

Gürcü deputat özünü güllələyib ÖLDÜRDÜ

image-lady-day-az

Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputat İrakli Xaxubia evində ölü tapılıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Sputnik-georgia” məlumat yayıb.

Bildirilir ki, deputatın meyitinin yanında odlu silah aşkarlanıb. İlkin ehtimallara görə, 51 yaşlı siyasətçi intihar edib.

Deputatın evində məhkəmə ekspertləri işləyir. İşin digər təfərrüatları hələlik məlum deyil.

Məlumata görə, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb. 21 yaşlı Beka  Xaxubia  2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib.

Qəza Qori magistralının bir hissəsində tunelin yaxınlığında baş verib. Patrul polisi əməkdaşları patrul xəbərdarlığına tabe olmadıqları üçün yük maşını ilə yolu bağlayıblar. Yük maşınına çırpılan Xakubiya hadisə yerində ölüb.

Xaxubiya məsələsində üç polisə qarşı ittiham irəli sürülüb. 2019-cu ildə məhkəmə onlardan birini təqsirli bilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki