image-qanunla-reklam
image-1675066479_4bdc33de-c53d-3d76-9386-416afc6fb803

Gülər Ağayeva 6 gündür itkin düşüb

image-lady-day-az

Masallıda 36 yaşlı qadın itkin düşüb.

Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan məlumat verilib.

Bildirilib ki, rayonun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

“Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki