image-qanunla-reklam
image-1692289651_cd8b7516-f9ed-431f-9c2d-98e1064142d6

Göyçayda itkin düşən qadının meyiti tapıldı – YENİLƏNİB

image-lady-day-az

Göyçay şəhər sakini, 1958-ci il təvəllüdlü Ələsgərova Lətifə Mehdi qızının avqustun 15-də itkin düşməsi barədə Göyçay rayon Polis Şöbəsinə məlumat daxil olub.

Qanunla.Az -ın məlumatına görə polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində 65 yaşlı qadının meyiti tapılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Unikal”a bildirilib ki, Göyçayda yaşadığı evdən çıxaraq geri qayıtmayan Lətifə Ələsgərovanın bu gün axşam saatlarında Məlikkənd kəndi ərazisindəki su kanalından meyiti aşkar olunub. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki