image-qanunla-reklam
image-1666082649-usaq-silah

Göyçayda FACİƏ: Azyaşlı atasını güllələdi

image-lady-day-az

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Qanunla.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki