image-qanunla-reklam
image-1545162999-piyada_vurulmasi_0256

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

image-lady-day-az

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qanunla.az”ın məlumatına görə, rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasif Cəlilovu vurub. Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki