image-qanunla-reklam
image-1667805768_gimnast_071122

Gimnastlarımız iki qızıl medal qazandı

image-lady-day-az

Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə “Dalia Kutkaite” beynəlxalq turniri keçirilib.

“Qanunla.az” xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər. Gimnastımız Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında rəqiblərindən güclü olduğunu nümayiş etdirərək qızıl medal qazanıb.

Millimizin digər üzvü Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb. Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Bədii gimnastımız Alina Məmmədova yarışda həmçinin “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki