image-qanunla-reklam
image-ukrayna-tank

General: Ukrayna ordusu irəliləyir, saxlaya bilmirik

image-lady-day-az

Doğrudan da döyüş xəritəsində elə sahələr var ki, bu gün bizim üçün orada çox ağırdır. Ciddi döyüşlər gedir. Ukrayna ordusu həmin istiqamətdə böyük bir hücum başlayıb və etiraf etmək lazımdır ki, onlar irəliləyirlər.

Qanunla.Az xəbər verir ki, bu fikirləri Rusiya Silahlı Qüvvələrinin generalı, Dövlət Dumasının deputatı Andrey Qurulyov deyib.

“Ukrayna ordusu adını deyə bilmədiyim istiqamətdə zərbə qrupunu cəmləşdirib və onlar bir neçə uğura imza atıb. Biz məcbur olduq ki, mövqelərimizi geri çəkək. Rusiya ordusunun bu hücum zamanı səhvləri çox oldu. Bu, konkret planlaşdırılmış bir hücum idi. Hazırda Rusiyanın hərbi rəhbərliyi bir sıra addımlar atır, bunun sayəsində biz hadisələrin gedişini dəyişə bilərik”, – general qeyd edib.

Qeyd edək ki, bir neçə gündür Ukrayna ordusu Xarkov istiqamətində total hücumlara başlayıb. Hücumlar nəticəsində bir neçə yaşayış məntəqəsi ələ keçirilib, mühüm strateji mövqedə yerləşən Balakleya şəhəri operativ mühasirəyə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki