image-qanunla-reklam
image-1677314566-63f9c7e8277ea63f9c7e8277eb167731402463f9c7e8277e863f9c7e8277e9

Gəncədə qanunsuz tikintinin qarşısı alındı – VİDEO

image-lady-day-az

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən “Qanunla.az”a verilən xəbərə görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin numayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki