image-qanunla-reklam
image-1662362602_1658840471-5a830a5b73cbf_hebs

Gəncədə adam bıçaqlayan şəxs saxlanıldı

image-lady-day-az

Noyabr 25-də gündüz  saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qanunla.az”a açıqlamasında bildirib ki, Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki