image-qanunla-reklam
image-1692856908-5-whatsapp-image-2023-03-07-at-17-49-13-4-_1678197847

Gələn həftə deputatların tətili başa çatır

image-lady-day-az

Gələn həftə Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatır.

“Qanunla.az” xəbər verir ki, millət vəkillərinin yay tətili avqustun 30-da bitəcək. Sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Xatırladaq ki, deputatlar iyulun 14-də tətilə çıxmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki