image-qanunla-reklam
image-1672643273_kiyev

Gecə Ukraynaya hava zərbələri endirilib

image-lady-day-az

Son sutkada Rusiya Ukraynaya 51 hava zərbəsi endirib. Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən 44 “Şahed-136” kamikadze dronu vurulub.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın mühüm infrastruktur obyektlərinə hava və raket zərbələri endirməsi təhlükəsi ölkə ərazisində hələ də qalmaqdadır. Kiyev şəhərinin meri Vitali Kliçko teleqram səhifəsində deyib ki, gecə paytaxtın atəşə tutulması nəticəsində enerji infrastrukturu obyektlərinə ziyan dəyib.

Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr başlayıb və bəzi istilik təchizatı obyektlərinin enerjisi kəsilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki