image-qanunla-reklam
image-dscf9145

“G2S2 – Gəncdən Gəncə Soft Skills” layihəsi çərçivəsində təlimlər keçirilib-FOTO

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkil etdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqram -2.0 çərçivəsində “G2S2 – Gəncdən Gəncə Soft Skills” layihəsi icra edilir.

Qanunla.Az xəbər verir ki, layihə çərçivəsində Zərdab şəhərində 15 gəncin iştirakı ilə iki günlük təlimlər təşkil olunub.

2 gün davam edən layihə zamanı iştirakçılara “Uğurlu karyera qurmaqda Soft Skills`in rolu”, “Zamanın idarə olunması”, “Müsahibə”, “Hədəf təyinetmədə SMART metodu” və “SWOT Analiz” kimi mövzularda təlimlər, vörkşoplar, panel görüşü, komanda quruculuğu və məlumatın düzgün çatdırılması oyunları keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd region gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafını və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarət olub.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

image-55image-229image-223image-dscf9145


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki