image-qanunla-reklam
image-1667973923-fhn_yangin_bkk_060122

Füzulidə PARTLAYIŞ – 2 nəfər xəsarət aldı

image-lady-day-az

Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən “Qanunla.az”a verilən məlumata görə, partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki