image-qanunla-reklam
image-16126890976225354258_1000x669

Füzuli rayonunun işğaldan azad olunması

image-lady-day-az

Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 1993-cü ilin sonundan 1994-cü ilin əvvəlinə kimi Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış Horadiz əməliyyatı zamanı rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu əməliyyatdan 26 il sonra, 27 sentyabr 2020-ci ildə Qarabağda yenidən döyüşlər başladı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. O gündən etibarən Azərbaycan əsgəri gecə-gündüz demədən, soyuq hava demədən vətənin hər bir qarış torpağını işğaldan azad edəcəyinə and içdi.

44 günlük müharibədə 30 illik həsrətə son qoyuldu. İşğalda olan torpaqlarımız, kəndlərimiz, qəsəbələrimiz, strateji əhəməiyyətə malik olan yüksəkliklərimiz və cənnət şəhərlərimiz ard-arda mənfur düşməndən təmizləndi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

27 sentyabrdan başlayan döyüşün 21-ci günündə, yəni 17 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.

Füzuli bizimdir, Qarabağ Azərbaycandır

 

Zərdab rayon Xasa kənd  ümumi orta məktəbin müəllimi- Abdurahmanova Günel


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki