Portuqaliya çempionatının XXII turunda keçirilmiş “Portu” – “Sportinq” oyunundan sonra futbolçular arasında kütləvi dava olub.

“Qanunla.az” xəbər verir ki, hər iki klubun oyunçuları münaqişədə iştirak edib.

Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, “Sportinq”də isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Qonaqlar 38-ci dəqiqəyədək 2:0 hesabı ilə öndə olub. 22 matçdan sonra “Portu” 60 xalla turnir cədvəlinə başçılıq edir. “Sportinq” 54 xalla ikinci pillədə qərarlaşıb.