image-qanunla-reklam
image-1666425082-avstraliya-turk-3

Fuad Muradov Türkiyə diplomatları ilə görüşdü

image-lady-day-az

Avstraliyaya səfəri şərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin bu ölkədəki səfiri Korhan Karakoç, Melburn şəhərindəki Baş konsulu Arif Eser Torun və Sidney şəhərindəki Baş konsulu Əli Sevimlə görüşləri keçirilib.

Qanunla.az xəbər verir ki, komitə sədri Avstraliyadakı Türkiyə diplomatik korpusunun həm azərbaycanlı həmkarlarına, həm də Azərbaycan icmasına göstərdiyi böyük diqqətə və dəstəyə görə minnətdarlığını bildirib. Birgə əməkdaşlıq fəaliyyətinin Avstraliyada yaşayan çoxsaylı erməni icmasının törədə biləcəyi təxribatların qarşısının alınmasında, Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə nümayəndələrinin dünyanın müxtəlif ölkələrində, xüsusən uzaq Avstraliyada sıx birik nümayiş etdirməsi qürurvericidir.

Azərbaycan nümayəndə heyətini Avstraliyada salamlamaqdan məmnun olduqlarını bildirən türk diplomatları Sidneydə və digər şəhərlərdə yaşayan azərbaycanlıların ölkənin və paytaxt Kanberranın ictimai-siyasi həyatında fəallıqları ilə seçildiklərini nəzərə çatdırıblar. Bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin Avstraliyada da nümayiş etdirildiyi, icmalarımızın sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Görüşlərdə hər iki icmanın gələcək birgə fəaliyyəti barədə ətraflı müzakirələr aparılıb.

Fuad Muradov Türkiyə diplomatları ilə görüşdü - FOTOLAR

 

Fuad Muradov Türkiyə diplomatları ilə görüşdü - FOTOLAR


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki