image-qanunla-reklam
image-1673336161_bitr-pic_32ratio_900x600-900x600-64340

“FTB Baydenin evlərində axtarış aparmalıdır” – Tramp

image-lady-day-az

Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları dövlət başçısı Co Baydenin evlərində və Ağ Evdə axtarış aparmalıdırlar.

“Qanunla.az” xəbər verir ki, bu barədə  ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Coward Social” sosial şəbəkəsində yazıb.

“FTB nə vaxt Co Baydenin evlərində, hətta Ağ Evdə də axtarış aparacaq?” , – deyə o, qeyd edib.

Bundan əvvəl “CBS News” məlumat yaymışdı ki, ABŞ-ın hazırkı rəhbərinin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər Co Baydenin beyin mərkəzi olan Bayden Penn Mərkəzinin binasında tapılıb.

Qeyd edək ki, 8 avqust 2022-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı malikanəsində də axtarışlar aparılıb. Həmin ilin may ayında siyasətçinin könüllü olaraq ABŞ Milli Arxivinə qaytardığı sənədlərdə məxfi məlumatlar var idi. Daha sonra Trampa qarşı araşdırmalar başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki