image-qanunla-reklam
image-62987291

FRANSA VƏ İRANA CİDDİ ZƏRBƏ

image-lady-day-az

Milli Məclisin bu gün keçirilən plenar yığıncağında bir sıra ölkələrdə Azərbaycan səfirliklərinin açılması haqqında qanun layihəsi qəbul edildi.

 

Albaniya və İsraildə səfirliklərimizin açılması xüsusilə ciddi önəm kəsb edir. Fransanın prezidenti E.Makron nəinki öz ölkəsinin bütün siyasi elitasını və imkanlarını, eyni zamanda Avropanın digər dövlətlərini də Azərbaycana qarşı səfərbərliyə almağa çalışır.

Kifayət qədər diletant və ermənilərin pul kisəsindən asılı olan Makron ölkə prezidenti İlham Əliyev tərəfindən dalbadal zərbələr almaqdadır. O, Avropa İttifaqının doqquz ölkəsilə yüksək səviyyəli strateji əməkdaşlığı davam etdirir, eyni zamanda Avropanın İttifaqına daxil olmayan ölkələrlə də sıx əlaqələr yaradaraq, Fransanın ölkəmizə yönələn düşmənçilik xəttini Avropa məkanında bloklayır.
Fransa senatının Azərbaycanla bağlı son məkrli və qərəzli qərarından sonra ABŞ-ın Dövlət Departamentinin yüksək səviyyəli diplomatı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirdi. Bununla yanaşı, Avropa dövlətlərindən Fransa senatının bu absurd qərarına dəstək də gəlmədi.

Bir neçə gün öncə İlham Əliyevin Albaniyada yüksək səviyyədə qarşılanması, Albaniya prezidentilə keçirdiyi səmimi və məhsuldar görüş, apardığı danışıqlar, imzalanan sənədələr şübhəsiz ki, Makron və onun komandasına şok effekti yaratdı. Ardınca Albaniyada səfirliyimizin açılması haqqında qərar verildi və Avropa məkanında daha bir dost ölkə ilə əməkdaşlığımızın yeni mərhələyə daxil olması imkanları qazanıldı.

Azərbaycan müstəqillik əldə etdiyi ilk andan İsrail dövləti ölkəmizə həmişə dost münasibəti göstərmiş, münasibətlərimiz İttifaq səviyyəsinə qədər yüksəlmişdir. İranın molla-fars rejiminin ən müxtəlif təhdidləri, onun ölkəmizə qarşı düşmənçiliyinin daha kəskin xarakter almaması üçün İsraildə səfirliyimizin açılmasına ehtiyyatla yanaşırdıq. İranın Ermənistanın işğalçılıq siyasətinə hərtərəfli yardım göstərməsinin daha açıq və geniş xarakter almamasına da bəhanə verməli deyildik.

Erməni faşizmi üzərində tarixi qələbəmiz bütün situasiyanı dəyişdirdi və regionda yeni reallıqlar yaratdı. İran illərdən bəri gizli düşmənçiliyini müharibə günlərində və müharibədən sonra artıq açıq şəkildə nümayiş etdirməyə başladı, Ermənistan üzərində zəfərimizi həzm edə bilmədi, modern, güclü Azərbaycan dövlətinə qarşı kin-küdurətini gizlətmədi, ölkəmizin ünvanına hədyanlar, təhdidlər, səsrsəm fikirlər söylədi, dalbadal doğma Arazımızın Güney tərəfində pas atan texnikasının, döyüş qabiliyyəti orta əsrlər səviyyəsində olan ordusunun təlimlərini keçirdi. Lakin önündə Müzəffər sərkərdə, qətiyyətli tarixi şəxsiyyətin Dəmir Yumruğunu, polad iradəsini gördü və qınına çəkildi.

Dövlətimizin və xalqımızın gücünə söykənən dövlət başçısı İlham Əliyev Ermənistanla oyuncaq kukla kimi davranan və ondan istifadə edib Cənubi Qafqazda məkrli planlarını reallaşdırmağa çalışan Fransa və İrana qarşı növbəti Master klass gedişlərini edərək, Cənubi Qafqazın şərksiz lideri olduğunu bir daha hər kəsə xatırlatdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki