image-qanunla-reklam
image-iran-fransa

“Fransa və İran Azərbaycana qarşı bu təzyiqləri yenidən etməyə çalışacaqlar” — ŞOK İDDİA

image-lady-day-az

“2022-ci il Azərbaycanın diplomatik sahədə ciddi mübarizə ili oldu”. 

Bu fikirləri açıqlamasında politoloq Oqtay Qasımov deyib. Siyasi şərhçi  vurğulayıb ki, ötən ildə Ermənistanla sülh danışıqlarının aparılması istiqamətində müəyyən görüşlər keçirildi:

“Bildiyimiz kimi, ötən ildə sülh prosesi istiqamətində həm Avropa Birliyi, həm ABŞ, həm də Rusiyanın vasitəçiliyi ilə bir sıra görüşlər keçirildi.  Sirr deyil ki, Azərbaycanın 44 günlük savaşdan sonra yaratdığı reallıqlar, o cümlədən uğurları bir çox dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Məhz bu səbəbdən də, Ermənistanı dəstəkləyən həmin dövlətlər müxtəlif formalarda təzyiqlər etməyə çalışırlar. Bunu da təbii qarşılamaq lazımdır, çünki Azərbaycan yeni yaratdığı reallıqlarla bölgənin lider dövlətinə çevrilib. Getdikcə Azərbaycanın önəmi daha çox artmaqdadır. Azərbaycanın uğurları artdıqca, ona qarşı təzyiqlər də artacaq. Azərbaycana 2023-cü ildə də belə təzyiqlərin olacağı istisna olunmur. Ən azı Fransa, İran kimi bir çox dövlətlər hansı ki, Azərbaycanla münasibətləri düşmən münasibətdir, onlar bu təzyiqləri yenidən etməyə çalışacaqlar. O baxımdan bu il həmin dövlətlərin mövqelərində çox ciddi və kardinal dəyişiliklərin olacağını gözləmirəm. Azərbaycan diplomatiyasının üzərində çox ciddi vəzifələr durur ki, bu təzyiqləri neytrallaşdırsın və Azərbaycanı hədəflərinə çatdırsın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki