image-qanunla-reklam
image-61406714-1

FRANSA İLƏ ƏLAQƏLƏRİ KƏSMƏLİYİK” – FƏZAİL AĞAMALI

image-lady-day-az

“Biz Fransa ilə bütün əlaqələri kəsməliyik”.

Bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Fransa Ermənistanı tolerant dövlət adlandırır. Ermənistan necə tolerant ölkədir ki, orada başqa etnos yaşamır? Ermənistan necə sülhsevər ölkədir ki, Azərbaycanın torpaqlarını 30 il işğalda saxlayıb.

Utanmadan söyləyir ki, Azərbaycan guya Qarabağ torpaqlarını işğal edib. Makron çoxdan Fransanın dəyərlərini, mənəviyyatını Ermənistana satıb. Biz Fransa ilə bütün əlaqələri kəsməliyik. Biz onlarla diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və gözləyirik ki, Xarici İşlər Nazirliyi bu istiqamətdə ciddi mövqeyini ortaya qoysun”– deyə, deputat bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki