image-qanunla-reklam
image-1672985165-ssss

FHN Bakıdakı qətllə bağlı əməliyyat görüntüləri yaydı

image-lady-day-az

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən mənzillərin birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən “Qanunla.az”a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər müvafiq vasitələrlə onmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq, polis əməkdaşlarının mənzilə daxil olmasına şərait yaradıblar. Həmçinin, mənzildə qətlə yetirilmiş 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın meyiti xilasedicilər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzildə olan R.Həşimovanın əri 1961-ci il təvəllüdlü İlham Həşimov şübhəli şəxs qismində tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki