image-qanunla-reklam
image-1672117909_dmitro-kuleba-reu-1780160_2

“Fevralda “sülh sammiti” keçirməyi hədəfləyirik” – Kuleba

image-lady-day-az

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba fevral ayında Ukrayna-Rusiya müharibəsinin ildönümündə “sülh sammiti” keçirməyi hədəflədiklərini bildirib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Kuleba “Associated Press” agentliyinə Ukrayna prezidenti Volodimir Zelenskinin keçən həftə Vaşinqtona səfəri və Ukrayna-Rusiya müharibəsi barədə danışıb.

Müharibələrin diplomatik üsullarla sona çatdığını bildirən Kuleba, fevral ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin moderatorluğu ilə “sülh zirvəsi” təşkil etməyi hədəflədiklərini bildirib.

Kuleba vurğulayıb ki, Rusiyanın sammitdə iştirak etməsi üçün “ilk növbədə beynəlxalq məhkəmədə hərbi cinayətlərə görə cavab verməlidir”.

Rusiyanın sülh danışıqlarına hazır olduğu açıqlamasının həqiqəti əks etdirmədiyini dilə gətirən Kuleba, “Onların döyüş meydanında etdikləri bunun əksini sübut edir”, – deyib.

Kuleba 2023-cü ildə müharibəni qazanmaq üçün əllərindən gələni edəcəklərinə və bu prosesdə diplomatiyanın mühüm rol oynayacağına diqqət çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki