image-qanunla-reklam
image-1667280357_meksika-police-reu-1942186_2

Fermada gizli məzarlıqda 47 cəsəd tapıldı

image-lady-day-az

Meksikanın Quanaxuato əyalətində gizli məzarda aparılan axtarış zamanı 47 cəsəd tapılıb.

Qanunla.az xəbər verir ki, İrapuato şəhərinin Santa Fe rayonunda tərk edilmiş bir fermada gizli məzarda insan qalıqları tapılıb.

Aparılan müayinələr nəticəsində qazılan sümüklərin 47 nəfərə məxsus olduğu müəyyən edilib.

Dövlət Baş Prokurorluğunun (FGE) açıqlamasında, qalıqların təxminən 1 il əvvələ aid olduğu və hadisə ilə bağlı çoxölçülü araşdırmaya başlanıldığı barədə məlumat var idi.

Qazıntıdan çıxarılan sümüklər müayinə olunmaq üçün Ədliyyə Tibb İnstitutunun obyektlərinə aparılıb. Ərazidə qazıntı işləri davam etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki