image-qanunla-reklam
image-1683204799_16615881251106549049_1000x669

Fəridin videosunu ürək ağrısı ilə izlədim – Emin Əmrullayev

image-lady-day-az

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

Qanunla.az APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisənin görüntülərini ürək ağrısı ilə izlədiyini və bunun çox təəssüf doğuran hadisə olduğunu deyib:

“Bu hadisə yəqin ki, bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır. İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə Elm və Təhsil Nazirliyinin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək. Eyni zamanda dediyim kimi, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz. Bizim idman, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir”.

Nazir qeyd edib ki, bu gün Azərbaycan qanunvericiliyinə görə, məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur.

“Biz də fəaliyyətimizi qanunvericiliyə uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi prinsipcə pozulmayıb. Həm ali təhsilli məşqçi, həm beynəlxalq turnirlərin qalibi, həm də idman ustası kimi tanınan şəxs olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki