image-qanunla-reklam
image-1684824643_347641310_5610341099065755_1949438139925214718_n

Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım

image-lady-day-az

Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.

“Qanunla.az” xəbər verir ki, o bu barədə “Facebook” hesabında paylaşım edib.

E.Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.

“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. Amma Everest məni buraxmırdı. 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım.Beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və fəxr edirəm”, – deyə xanım alpinist paylaşımda bildirib.

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır və onun hündürlüyü 8848 metrdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki