image-qanunla-reklam
image-konstitusiya

Əsas Qanunun təkmilləşməsinə xidmət edən əlavə və dəyişikliklər

image-lady-day-az

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən qanunun aliliyinin müasir meyillərinə, ölkəmizin hüquq sisteminin yeni institutunun – konstitusiya ədalət mühakiməsi orqanının yaradılmasına, bu institutun Azərbaycan Respublikasında yeri və roluna istinad edilmişdir. Konstitusiyanın 48-ci maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr olunub. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.  Əsas Qanunumuz dilindən, dinindən və irqindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını geniş şəkildə təsbit edir. Ötən dövr ərzində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi nəticəsində Əsas Qanun daha da təkmilləşdirilmiş, həm də yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır.

Son illər ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətdən Azərbaycan Konstitusiyasına mühüm dəyişikliklər və əlavələr edilmişdir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan çox əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı təminatı, sosial dövlət prinsiplərinin bərqərar olması imkanlarının daha da genişləndirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib.

 

Əlihüseyn Rəsullu- Zərdab rayonu Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki