image-qanunla-reklam
image-maxresdefault-3

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

image-lady-day-az

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

44 günlük Vətən müharibəsindən sonra Ermənistan şok vəziyyətinə düşdü. Bu ölkədə ən çox şoka düşənlər isə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlardır. Bunların önündə “Daşnaksütyun” partiyası, erməni kilsəsi, xaricdəki erməni lobbisi və diaspor təşkilatları gedir. Onlar hər zaman Azərbaycan və Türkiyə ilə bağlı məsələlərdə çox radikal mövqedən çıxış ediblər. Onlar, həmçinin bunu erməni ictimaiyyətindən də tələb etməklə bir növ cəmiyyəti bu radikalizmə məcbur ediblər. Lakin Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsi, Ermənistanın başına dəyən dəmir yumruq bu ölkənin planlarını, siyasətini, hərbi-sənaye kompleksini və iqtisadiyyatını darmadağın etdi. Hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur qurulur, vaxtı ilə bu yerlərdən didərgin düşmüş insanların öz doğma yurdlarına geri dönüşü prossesinə başlanılıb. Lakin Ermənistan təcavüzə yol verməklə bu prosesə bütünlə əngəl olduğunu növbəti dəfə sübut edir. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.

Artıq uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını qəsdən pozur, regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları pozur. Ermənistan hökuməti, revanşistlər və onların havadarları təxribatlar törətməklə yenə də sərhəd bölgələrində ixtişaşlara əl atırlar. Belə ki, sentyabrın 13-nə keçən gecə erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsi Azərbaycan tərəfinin səbrini daşırdı.

Atəşkəsi kobudca pozan Ermənistan tərəfinə Rəşadətli Ordumuz layiqincə cavab verdi. Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra etdi, məqsədlərə nail oldu. Bir daha Ordumuzun gücünün, əsgər və zabitlərimizin hazırlıq səviyyəsini gördük, fəxr etdik. Erməni tərəfi çox sayda itki ,yaralı və əsir verərək geri çəkilmək məcburiyyətində qaldı. Ön xəttdə məğlub olan Ermənistan sanki atəşkəsi Azərbaycan ordusu pozurmuş kimi dünyaya çatdırmağa çalışdı. Lakin Ermənistan, o cümlədən oradakı revanşist qüvvələr hələ də anlamırlar ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Çünki onların qarşısında güclü və yenilməz, Müzəffər Azərbaycan Ordusu dayanır. Allah əsgərimizi, xalqımızı qorusun!

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki