image-qanunla-reklam
image-1658481868_default

Ermənistanda yolun bağlanılmasına əhali etiraz etdi

image-lady-day-az

Ermənistanın Aknalıç kəndinin 400-dən çox sakini etiraz əlaməti olaraq İrəvan-Armavir avtomobil yolunun Aknalıç inzibati ərazisinin əsas hissəsini hər iki tərəfdən bağlayıb.

“Qanunla.az ” “Shamshyan.com”a istinadən xəbər verir ki, yolun bağlanması nəticəsində ərazidə kilometrlərlə tıxac yaranıb.

Aksiya iştirakçıları elektrik şəbəkəsindən, su təchizatından şikayətçidirlər. Elektrik enerjisinin vaxtaşırı kəsilməsi səbəbindən su probleminin də yaşandığı, məsul qurumların problemin həlli üçün heç bir iş görmədiyi bildirilir. Onlar iqtisadiyyat nazirinin və qubernatorun onlarla görüşməsini tələb ediblər.

Polis yolu açmağa çağırıb. Kənd sakinləri bundan imtina edib və bu zaman polislərlə onlar arasında dava düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki