image-qanunla-reklam
image-1675144535_image_750x_63d89180ba26c

Ermənistanda yanaraq ölən hərbçilərə görə mayor saxlanıldı

image-lady-day-az

Ermənistanın Basarkeçər rayonunda yerləşən hərbi hissədə baş verən yanğına görə daha bir yüksəkrütbəli məmur saxlanılıb.

“Qanunla.az” “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğu məlumat yayıb.

Bildirilir ki, prokurorluq ötən gün N saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.

Qeyd edək ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki