image-qanunla-reklam
image-276826af92c97a426e0385ec77bb61c0

Ermənistanda hökumətlə mərkəzi bank arasında gətginlik: kredit verilmir

image-lady-day-az

Bir müddət öncə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət siyasi islahatlar keçirmək üçün ölkənin mərkəzi bankından kredit almaq haqqında qərar qəbul edib. Amma mərkəzi bank islahatlar üçün hökumətə kredit verməkdən yayınır.

Qanunla.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” nəşri məlumat yayıb.

Bildirilir ki, mərkəzi bankla hökumət arasındakı gərginliyin səbəbi hələlik məlum deyil, amma hökumət kreditlər olmadan struktur islahatlarına başlamaqda çətinliklər yaşayır.

Hətta hökumətin kredit almaq üçün adıçəkilən quruma göndərdiyi sənəd də bu vaxta qədər Ermənistanın “ana bankı” tərəfindən ratifikasiya olunmayıb.

Analitik Lilit Amirxanyan isə bildirib ki, mərkəzi bank krediti bir şərtlə yubada bilər bu da, hökumətin təqdim etdiyi sənəddə kreditin hansı istiqamətlərdə xərclənəcəyinin aydın göstərilməməsi ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki