image-qanunla-reklam
image-1672207460-image_750x_63abd45b89174

Ermənistanda “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik ediləcək

image-lady-day-az

Ermənistan hökuməti “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik edəcək. 

“Qanunla.az” erməni KİV-lərinə xəbər verir ki, layihəyə əsasən, hərbi vəziyyət dövründə mövcud qanunla müqayisədə daha sərt məhdudiyyətlər olacaq.

Söhbət internetin, elektron mətbuatın, sosial şəbəkələrin qismən və ya tam məhdudlaşdırılmasından gedir. Mövcud qanunda fikir ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin akkreditasiyasının xüsusi proseduru müəyyən edilib, lakin internetdən bəhs edilmir.

Yeni layihə aşağıdakıları nəzərdə tutur: “Ermənistan Respublikasında internet saytlarının, sosial şəbəkələrin, internet proqramlarının müvəqqəti dayandırılması (bloklanması), həmçinin internetə çıxışın qismən və ya tam məhdudlaşdırılması. İnternetə çıxışın məhdudlaşdırılması zamanı isə “dövlət idarəetmə sisteminin və yerli özünüidarəetmə orqanlarının, strateji əhəmiyyətli və dövlət mühafizəsinə cəlb olunan obyekt və infrastrukturların, habelə ayrı-ayrı təşkilatların internetə çıxışının təmin edilməsi” qorunacaq.

Layihə 6 yanvar 2023-cü ilə qədər ictimai müzakirəyə çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki