image-qanunla-reklam
image-1673592660-030322-vaaqn-xacaturyan

Ermənistan prezidenti Estoniyaya gedəcək

image-lady-day-az

 Ermənistan prezidenti Vaaqn Xaçaturyan gələn həftə Estoniyaya işgüzar səfər edəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Estoniya KİV-ləri məlumat dərc edib.

Məlumata görə, Xaçaturyanın estoniyalı həmkarı Alar Karislə danışıqları yanvarın 16-na planlaşdırılıb.

Prezidentlər ikitərəfli əlaqələri, texnologiya və elektron idarəetmə sahəsində əməkdaşlığı müzakirə edəcəklər. İclasın gündəliyinə Avropada təhlükəsizliklə bağlı məsələlər də daxil ediləcək.
Ermənistan prezidenti həmçinin Baş nazir Kaya Kallas və parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Andress Sutt ilə də görüşəcək.

Yanvarın 17-də prezidentin Estoniya parlamentinin sədri və xarici işlər naziri ilə danışıqları da planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki