image-qanunla-reklam
image-2fd

Ermənistan Azərbaycanla dövlət sərhəddində genişmiqyaslı hərbi təxribat törətmişdir

image-lady-day-az

Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhəddində genişmiqyaslı hərbi təxribat törətmişdir.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. 13 sentyabrda delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Təxribatların qarşısını alarkən şəhidlər versək də, onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq. Namərd düşmən layiqli olduğu cavabı aldı.

Rəşadətli Azərbaycan Ordusu, Günnüt əməliyyatında, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində olduğu kimi, igid Azərbaycan əsgəri yenə də öz sözünü dedi, “Dəmir yumruğu”nu yenıdən  düşmənin başına endirdi. Özü də bu dəfə düşmənə elə bir zərbə vuruldu ki, bundan sonra çətin özünə gələ, çətin özünü toparlaya bilsin. Bunu döyüşlərin nəticələrinə dair məlumatlardan da görmək mümkündür. Düşmən həm canlı qüvvə, həm də silah-sursat, hərbi texnika sarıdan böyük itkiyə məruz qoyuldu. Onlar bunu bilməli idilər. Bilməli idilər ki, növbəti namərdlik və naxələflikləri, alçaqlıqları da çox sərt və amansız şəkildə cavablandırılacaq. Sentyabr hadisələri bunu bir daha təsdiqlədi.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı

Gülbəniz Əhmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki