image-qanunla-reklam
image-1665111259_c725f266-7565-4072-83c9-fd1d9d4f151f

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi – İlkin razılıq

image-lady-day-az

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Respublikasının Prezidenti Emauel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 2022-ci il oktyabrın 6-da Praqada görüş keçiriblər.

Qanunla.Az  xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Sərhəd komissiyalarının növbəti iclası isə oktyabrın sonunda Brüsseldə keçiriləcək.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin missiyasına köməklik göstərmək üçün razılıq verib. Azərbaycan bu missiya ilə bağlı olduğu qədər əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında maksimum iki ay müddətinə başlayacaq. Bu missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki