image-qanunla-reklam
image-b1d87bdd97f51e93795805cd5c30ec86

Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar

image-lady-day-az

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatsa da, Ermənistanın apardığı mina müharibəsi bu gün də davam edir və canlar alır. Bu, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terror siyasətinin davamıdır. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması əsas yerlərdən birini tutur. Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini vermir və nəticə etibarı ilə də yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki vətəndaşlar, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olub. Artıq sübuta yetirilib ki, 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlayan işğalçı qonşumuz ərazilərimizdə yüz minlərlə müxtəlif təyinatlı minalar basdırıb.Bu gün işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir. Lakin minalar o qədər çoxdur ki, bu, xeyli müddət alacaq. Ermənistan öz düşmənçiliyini sona qədər davam etdirərək hətta 10 noyabr razılaşmasına əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etdikləri zaman da ərazidə yanğınlar törədib, minalar basdırıblar. Özü də dünya hərb tarixində görünməyən formada – xəritəsiz, necə gəldi. Bu isə nəinki hərb qaydalarına, insanlığa da zidd bir addımdır, növbəti faciələrin əsasının qoyulmasıdır. Müharibə bitdikdən sonra yüzlərlə Azərbaycan vətəndaşının bu minaların qurbanı olması da Ermənistanın terrorçu xislətini bir daha ortaya qoyur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki