image-qanunla-reklam
image-69355939_d3c6_314b_b6a9_0b0e4950595e_8501667907290

Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər

image-lady-day-az

Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər.

Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Ermənistanın 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmədiyini, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmadığını, Zəngəzur dəhlizinin kordinatlarını hələ də təqdim etmədiyini, ölkəmizə qarşı vaxtaşırı hərbi təxribatlar törətdiyini açıq formada bəyan etdi. Bu fikirləri qeyd edərək cənab Prezident Ermənistana sərt xəbərdarlıqlar da verdi. İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhəddindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Cari ilin 13-14 sentyabr hadisələrini xatırladan  ölkə başçısı bu hadisələrin elə-belə baş vermədiyini bildirdi. Təbii ki, Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribat törətmiş, Azərbaycanın cavabı isə çox təsirli olmuşdur.
Prezident cənab İlham Əliyev Ermənistanı öz öhdəliklərini qeyd-şərtsiz yerinə yetirməyə çağırdı. Məhz Zəngəzur dəhlizi də Ermənistanın öhdəliyidir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçməsinə baxmayaraq, Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır. Azərbaycanın ədalətli sülh istədiyini bildirən Prezident İlham Əliyev müharibə bitdikdən sonra, iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işlərinin görüldüyünə diqqət çəkdi. Ölkə başçısı eyni zamanda, Azərbaycanın öz Ordusunu gücləndirdiyini və gələcəkdə də gücləndirəcəyini bəyan etdi. Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Odur ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü, beynəlxalq hüquqa əsaslan şərtləri qəbul etməli və bu şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır.

Coşqun Abdullayev- Zərdab şəhər sakini, Saat24.az informasiya agentliyinin baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki