image-qanunla-reklam
image-1602227266299517877_1000x669

Erməni vandalizmi

image-lady-day-az

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan bu xain qonşu Azərbaycan torpaqlarından qovulanda da cinayət əməllərindən əl çəkmir. İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan indi də qoşunlarını çıxartdığı ərazilərdə ekoloji cinayət törədir. 2 il bundan əvvəl də göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisələri, məktəblər dağıdılıb.

Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, işğalçı ordu hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırır, hətta məktəblərə belə od vurmaqdan çəkinmir.

Göründüyü kimi, Ermənistan silahlı qüvvələri tərəfindən viran və talan edilən Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin  görünüşləri bütün deyilənlərin sübutudur. Beynəlxalq jurnalistlərin Füzuliyə səfərində dünyanın aparıcı media orqanlarının nümayəndələri iştirak edirdilər. Onlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə gördülər, sənədləşdirdilər.

Bu vəhşiliklərlə Ermənistan özünün əsl simasını göstərir.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki