image-qanunla-reklam
image-1662360638_0795cec1-9fce-4a19-9f8a-b2bcbcd06802

Erməni general zaminə buraxıldı

image-lady-day-az

Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan keyfiyyətsiz artilleriya mərmilərinin alınması ilə bağlı cinayət işi üzrə iki aydan artıq həbsdə saxlandıqdan sonra zaminə buraxılıb.

“Qanunla.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Akop Yenokyan məlumat yayıb.

Xatırladaq ki, avqustun 17-də Milli Təhlükəsizlik Xidmətində araşdırılan cinayət işi çərçivəsində Armen Arutyunyan saxlanılıb.

Buna səbəb, Arutyunyanın 1 milyon 83 min ABŞ dollarına keyfiyyətsiz artilleriya mərmiləri almaq üçün müqavilə imzalaması olub.  Və bu Ermənistan üçün ciddi maddi problemlər yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki