image-qanunla-reklam
image-1660901291-erdogan-zelenskiy-1776374_2

Ərdoğan Zelenskinin ondan nə xahiş etdiyini açıqladı

image-lady-day-az

Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir.

“Qanunla.az” xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, dünya sülhü üçün mühüm addım olaraq, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: “Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik”.

Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.

Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki